Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

11 yaşlı qıza təcavüz edən pedofil hava limanında saxlanıldı - FOTO

Rusiyada, Ufa hava limanında pedofil olduğu iddia edilən şəxs saxlanılıb - 25 yaşlı əvvəllər məhkum olunmuş Buryatiya vətəndaşı 11 yaşlı qıza liftdə təcavüz edib, sonra şəhəri tərk etməyə çalışıb.

Milli.Az bildirir ki, bu barədə Başqırdıstan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 26-da uşağın 43 yaşlı anası polisə müraciət edib. O, bildirib ki, cinayət baş verən gün o, böyük qızı ilə birlikdə kiçik qızla görüşüb və onu evə gətirib.

"Sonra ana və böyük bacı mağazaya getdilər, lakin kiçik bacı onlarla getmək istəmədi və öz yolunu seçərək tək getdi. Naməlum kişi onunla birlikdə liftə daxil olaraq cinayət törədib", - deyə mətbuat xidmətindən əlavə ediblər.

Lift dayananda məktəbli mənzilinə qaçıb və daha sonra başına gələnləri anasına danışıb.

Bundan sonra polis şübhəli şəxsin kimliyini müəyyən edib - onun Ufaya işləmək üçün gələn qonşu evlərdən birinin sakini olduğu üzə çıxıb. Polisin onu axtardığını öyrəndikdən sonra o, təyyarə bileti alıb və əşyaları ilə hava limanına gedib, lakin uçuşa qeydiyyat zamanı saxlanılıb.

Rusiya İstintaq Komitəsinin respublika departamentinin rəsmi nümayəndəsi Yevgeni Kanevskinin verdiyi məlumata görə, toplanmış sübutları təqdim etdikdən sonra şəxs əməldə təqsirli olduğunu etiraf edib.

Hazırda hüquq-mühafizə orqanları müttəhimin digər oxşar cinayətlərdə iştirakını yoxlayır.

İrfan Vəliyev
Milli.Az