Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

15 illik evlilikdən sonra ayrıldılar

15 ildir ailəli olan aktrisa Tori Spellinq ilə həyat yoldaşı, aktyor Din Makdermott ayrılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük bu ilin əvvəlindən etibarən bu addımı atmağa qərara alıb. Aktrisanın bu yaxınlarda telefonda övladlarının qəyyumluğu və aliment məsələləri ilə bağlı əsəbi formada danışıq apardığı müşahidə olunub.

Torrinin yaxınları "Page Six"ə açıqlamalarında aktrisanın bu addımı illər əvvəl atmadığına təəccübləndiklərini açıqlayıblar. Onlar ümumiyyətlə Dinlə münasibətdə olmaqdan məmnun olmadıqlarını etiraf ediblər.

Aktrisanın bir müddətdir rəfiqələri ilə əlaqəni kəsdiyi də diqqətdən yayınmayıb.

Qeyd edək ki, 2006-cı ildə boşanan Tori həmin ərəfədə Dinə ərə gedir. Onların bu evlilikdən Stella, Hatti, Liam, Bo və Finn adlı beş övladı var.

Milli.Az