Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

15 yaşlı qız ayrıldığı nişanlısı tərəfindən GÜLLƏLƏNDİ - FOTO, VİDEO

15 yaşlı qız ayrıldığı nişanlısı tərəfindən GÜLLƏLƏNDİ - FOTO, VİDEO

Türkiyədə ailəsi ilə bir qohumunun nişan mərasiminə gedən 15 yaşlı qız ayrıldığı nişanlısı tərəfindən başından silahla vurularaq öldürülüb.

Musavat.com xəbər verir ki, sözügedən hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Hadisə zamanı qızını qorumağa çalışan ata da kəllə-beyin travması alıb. 22 yaşlı hücum edən şəxs qısa müddətdə yaxalanaraq nəzarətə götürülüb. Qızının ölüm xəbəri ilə əsəbləri pozulan ananı sakitləşdirmək mümkün olmayıb.

Saat 14.00 radələrində Taş Pazar məhəlləsində baş verən hadisədə 15 yaşlı Melike A. ailəsi ilə bir qohumunun nişan mərasiminə gedib. Melike bir müddət sonra nişan mərasiminə gələn keçmiş nişanlısı Muhammet Kılıçın hücumuna məruz qalıb. Başından tapança ilə vurulan Melike A. qanlar içində yerə yıxılıb. Qızını qorumağa çalışan Doğanay Arıbaş isə başından ağır xəsarət alıb.

15 yaşındaki Melike, ayrıldığı nişanlısı tarafından başından vurularak öldürüldü

Muhammet Kılıç

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Təcili yardımla Aksaray Təhsil və Araşdırma Xəstəxanasına aparılan Melike A.-nı həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Polis hadisədən sonra qaçan Muhammet Kılıçı silahla birlikdə yaxalayıb. Hadisə yerində aparılan araşdırma zamanı 12 ədəd giliz aşkar olunub. Muhammet Kılıçın polis idarəsində dindirilməsinin davam etdiyi bildirilib.

Musavat.com