Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

"2 aydır xanımımı və oğlumu görmürəm" - Müşviq

Aktyor Müşviq Şahverdiyev həyat yoldaşı Aynurə və oğlu Muraddan ayrı qalıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb ailəsinin Bakıda olmamasıdır. Müşviq bu haqda "Zaurla Günaydın" verilişində deyib.

"2 aydan çoxdur həyat yoldaşımı görmürəm. Bakıda yoxdular" deyə, müşviq bildirib. O qeyd edib ki, xanımı Ukraynada təhsil alır, ona görə də oradadır.

Aktyor həyat yoldaşının qısqanclığından da söz açıb:

"Axşam saat 11-dən sonra sorğu-sual başlayır. Yazır ki, bəlkə uşaq səni görüntülü görsün? İnam məsələsində bir az büdrəmişəm. Çox qısqancdır. Axşam evə gedib şəkil atıram ki, evdəyəm. Elə proqramlar yükləyib ki...".

Milli.Az