Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

2070-ci ilədək İtaliya əhalisi 20 faiz azala bilər

İtaliya əhalisinin sayının 2070-ci ilə qədər 20 faiz azalacağı proqnozlaşdırılır. Bu, əhalinin sayının indiki ilə müqayisədə 12 milyon azalması deməkdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İtaliyanın Milli Statistika İnstitutu məlumat yayıb.

Bildirilib ki, ötən il İtaliyada indiyədək ən aşağı doğum səviyyəsi qeydə alınıb. Belə ki, 2021-ci ildə hər min nəfərə 7 yeni doğum və 12 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, İtaliyada doğum nisbətləri son 160 ilin ən aşağı səviyyəsinə enib və bu azalma tendensiyası ilbəil davam edir.

Milli.Az