Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

34 yaşlı aktyor səhnədə intihara cəhd etdi - VİDEO

Buryatiyada 34 yaşlı aktyor Artur Şuvalov səhnədə intihara cəhd edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Babr mash" teleqram kanalı məlumat yayıb. Buna səbəb Arturun bu yolla rəhbərlikdə edilən dəyişikliyə etirazını bildirmək istəməsi olub. Səhnədə intihara cəhd edən aktyor "Ölümdə rəhbərliyi günahlandırın" deyə, bildirib.

Bəlli olub ki, Vyaçeslav Dyaçenko "Театр.Изнанка" teatrına yeni direktor təyin olunub və aktyorlarla dil tapa bilməyib. Son münaqişələrdən biri də məhz Arturla olub və onu işdən çıxarmaqla təhdid edib.

Bu səbəbdən aktyor ötən gün səhnədə teatrdakı problemlərdən danışıb və intihara cəhd edib. O, hadisədən sonra xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Artur xərçəngdən əziyyət çəkir.

Mili.Az