"35 min manat maaş verdiyim oğlana istədiyimi edirəm"

Pul qarşılığında qocalarla birlikdə yaşamağı nəzərdə tutan "Şəkər Baba" trendindən sonra indi "Şəkər Mama" tendensiyası yaranır.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Culiya adlı ingilis qadın yanında işə götürdüyü gəncə istədiyi hər şeyi etmək üçün 15.000 funt sterlinq (188.000 TL) ödədiyini söyləyib. 44 yaşlı TikTok istifadəçisi olan qadın sosial media hesabından özündən 15 yaş kiçik sevgilisi ilə yaşadığını söyləyib. Qadın sevgilisinin bütün ehtiyaclarını ödədiyini və hazırda münasibətlərində heç bir problem olmadığını ifadə edib.

Sevgilisinin nəyisə etmək istəməyəndə isə maaşını azaltdığını söyləyib. Məsələn, son bir neçə gündə hovuzu təmizləməyi unutduğu üçün maaşını az alıb. "Bizi görənlər ana və oğul olduğunu düşünürlər. Həqiqəti öyrənəndə şoka düşürlər. Üstəlik ona maaş verdiyimi eşidənlər dəli olduğunu düşünürlər" deyib.