Azerbaijan

44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Trend Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib.

- Prezident İlham Əliyev Füzuli, Cəbrayıl və Xocavəndin bir neçə kəndi işğaldan azad edilməsi ilə bağlı "twitter"də paylaşım edib: "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

- Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün "Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi" media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib.

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Ermənistanın Tərtərdə dəfn zamanı insanları atəşə tutması ilə bağlı paylaşım edib.

- Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.

- Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutub. Ermənistanın Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində həlak olanların sayı 4-ə çatıb.

- Ağdamın atəşə tutulması nəticəsində 2 nəfər xəsarət alıb.

- Ermənistanın hərbi hissə komandiri, polkovnik məhv edilib.

Milli.Az

Football news:

Kick It Out wants to urgently discuss with Newcastle the behavior of fans. They were wearing items similar to Saudi hats
The Spanish government opposed the Super League by sending a letter to the Court of Justice of the European Union
Alexander Mostovoy about esports: This is not a real sport. There is nothing to do: neither run nor jump
Rooney is Interested in the position of head coach of Newcastle
Real Madrid, Atletico and Inter are Interested in the Austrian league's top scorer Adeyemi
The head of the Italian Football Federation about Ronaldo in Juve: Good for our football, but for the club it was not a positive transfer
Samuel Umtiti: I love Barca, I want to succeed here. I can't imagine myself in another club