Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

55 min il əvvəl Yerə düşən meteoritdən çanta hazırlandı –

Fransız moda brendi "Coperni" 55 min il əvvəl Fransanın cənubuna düşən meteoritdən istehsal etdiyi lüks əl çantası ilə sosial medianın gündəmini zəbt edib.

Milli.Az xəbər verir ki, lüks aksessuarın 40 min avroya satılması birmənalı qarşılanmayıb.

Şirkət çantanın "arxeologiya ilə dizaynı, klassika ilə ibtidai sənəti məharətlə birləşdirdiyini" iddia edib.

1968-ci ildə Fransanın cənubundan tapılan Ay daşı və qatrandan hazırlanmış "Mini Meteorite Swipe" adlı çanta məhdud sayda istehsal ediləcək.

"Coperni"nin əlində neçə meteorit çantası olduğu bəlli deyil, lakin marka onun "sifarişlə hazırlandığı" üçün geri qaytarılmayacağı barədə xəbərdarlıq edib. 

Şirkət satılan hər bir meteorit çantasının bir-birindən "azca fərqli ola biləcəyini", lakin alıcılara orijinallıq sertifikatının təqdim olunacağını açıqlayıb.

"Coperni"nin internet saytındakı açıqlamada, "Hər çanta əl işidir, xüsusi olaraq hazırlanıb. Ona görə də onun forması şəkildəkilərdən bir qədər fərqli ola bilər. Meteorit hər sifariş üçün ayrıca təmin ediləcək. İstifadə edilən meteoritin mənbəyi müxtəlif ola bilər..." ifadələri yer alıb. 

Qeyd edilib ki, çanta meteoritdən hazırlansa da, çəkisi cəmi 1,8 kiloqramdır. 

"Coperni"nin Fransada tapıldıqdan 55 il sonra meteoriti necə əldə etdiyi isə bilinmir. Ola bilsin ki, şirkət daşı muzeydən və ya şəxsi kolleksiyaçıdan alıb.

Qeyd edək ki, bəhs edilən çanta "Coperni"nin bu ayın əvvəlində Parisdə təqdim edilən 2023-cü ilin payız-qış kolleksiyasında yer alır. Kolleksiyanın təqdimatı zamanı podiumda modelləri ABŞ-ın "Boston Dynamics" şirkətinin istehsalı olan robotlar müşayiət etmişdi. /sfera

Milli.Az