9 gündür yoxa çıxan 17 yaşlı qız tapıldı:

Türkiyənin Aksaray vilayətində atası ilə mübahisə edəndən sonra yoxa çıxan 17 yaşlı qız dostunun evində tapılıb.

Day.Az Metbuat.az-a istinadən xəbər verir ki, Edanurun yeri 9 gün sonra müəyyən edilib. Məlumata görə, qızını oğlanla görən ata, evə gələndən sonra qızına etiraz edib. Onlar mübahisə edib. Ardınca isə qız evdən çıxıb və qayıtmayıb.

Axtarışlar nəticəsinə qızın oğlan dostunun evində olduğu məlum olub.