Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

ABŞ Azərbaycan və Ermənistan arasında konstruktiv dialoqa ümid edir

ABŞ Azərbaycan və Ermənistan arasında konstruktiv dialoqa ümid edir

ABŞ Azərbaycan və Ermənistan arasında barışıq üzrə dialoqu dəstəkləməkdə maraqlıdır.

Trend xəbər verir ki, bunu brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri sonuncu dəfə görüşəndə "​"danışıqları sürətləndirmək, yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər".

"Hər iki nazir bu görüşə ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlığını bildirib. Biz iki ölkə arasında davamlı sülhün əldə edilməsinə və problemlərin həllinə yönəlmiş diplomatiyanı dəstəkləməyə davam edirik, və iki ölkə arasında dialoq və konstruktiv atmosferin davam edəcəyinə ümid edirik", - deyə N.Prays əlavə edib.