Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"ABŞ Azərbaycanla Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə kömək etməyə hazırdır"

Amerika Birləşmiş Ştatları Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə kömək etməyə hazırdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydenin Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir.

"İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik", - deyə məktubda bildirilir.

Milli.Az