Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

ABŞ erməniləri yeni səfirdən bunları gözləyir

ABŞ erməniləri yeni səfirdən bunları gözləyir

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi bu gün ABŞ-ın Ermənistandakı yeni səfiri Kristina Kvinin təyinatı ilə bağlı dinləmələrə başlayacaq. Prezident Co Bayden hələ bu ilin iyul ayında onun namizədliyini Ermənistandakı səfir vəzifəsinə irəli sürmüşdü.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, ABŞ erməni lobbisi əvvəlki səfir Linn Treysidən olduqca narazı qalıb və hətta onun fəaliyyətinə ən aşağı “F” qiyməti verib.

Bununla əlaqədar ABŞ ermənilərinin aparıcı lobbi təşkilatında (ANCA) Kristina Kvinin namizədliyinin təsdiqi ilə bağlı dinləmələrdə Senatın sözügedən komitəsinə tələblər irəli sürüblər. Onlar senatorların yeni səfirin qarşısında qondarma “dqr”in də hüquqlarının qorunması yönündə tələb qoymasını istəyiblər.

ANCA-nın icraçı direktoru Aram Hamparyanın fikrincə, Kvinin ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə irəli sürülməsi ABŞ-Ermənistan münasibətlərini yenidən dirçəltmək və “Treysi dövrünü” bitirmək imkanı verir.

Kaliforniya doğumlu Kristina Kvin 2020-ci ilin yanvarından ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili vəzifəsində çalışır. Bundan əvvəl o, ABŞ-ın Fransadakı səfirinin müavini, həmçinin Parisdəki səfirliyin iqtisadi müşaviri olub.

Musavat.com