Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

ABŞ Kiyevdəki səfirliyinin işini bərpa edib

ABŞ Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından təxminən üç ay sonra Kiyevdəki səfirliyinin işini bərpa edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, diplomatik missiyanın işinin bərpası, eləcə də əməkdaşlarının sayı barədə təfərrüatlar verilmir.

Xatırladaq ki, fevral ayında ABŞ Dövlət Departamenti öz diplomatlarını Ukraynadan çıxarmaq və Kiyevdə konsulluq xidmətlərinin göstərilməsini dayandırmaq qərarına gəlib. Bu arada, son həftələrdə rəsmi Vaşinqtonun nümayəndələri dəfələrlə bəyan ediblər ki, ABŞ-ın Ukrayna paytaxtında diplomatik missiyası "çox yaxında" öz işini bərpa edəcək.

Milli.Az