Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

ABŞ və G7 ölkələri tarixi fiaskoya yaxınlaşır: tezliklə...

Birləşmiş Ştatlar və G7 ölkələri Rusiyadan neft qiymətlərinə tətbiq edilən tavana görə tezliklə tarixi fiasko ilə üzləşə bilərlər.

Publika.az xəbər verir ki, bu barədə “The Hill” nəşrinə analitik Piter Doran bildirib.

“Rusiya neftinin qiymət tavanı yaxınlaşmaqda olan tarixi fiaskonun bütün əlamətlərinə malikdir. Hazırda dünya enerji bazarında praktiki olaraq pulsuz neft qalmayıb. Ona görə də məhdudiyyətlərin tətbiqindən sonra neftin qiymətinin pik həddə qalxması riski yüksəkdir”, - Doran bildirib.

Onun sözlərinə görə, elə həmin gün Rusiyadan dəniz yolu ilə çatdırılan neftin alınmasına Avropa İttifaqı (Aİ) tərəfindən tətbiq edilən məhdudiyyət qüvvəyə minəcək. Eyni zamanda, hələ yayda ABŞ və müttəfiqləri neftin qiymətinin tavanını Rusiyanın gəlirlərinin azaldılması probleminin yumşaq həlli hesab edirdilər. Ancaq indi vəziyyət başqa istiqamətdə dəyişib.

O əlavə edib ki, məhdudiyyət planı işləsə belə, Rusiya hələ də aşağı hasilat xərclərinə görə neft satışından böyük gəlir əldə edəcək. İndi bir barelin hasilatı 20-40 dollar səviyyəsində qiymətləndirilir ki, bu da qiymət tavanından xeyli aşağıdır.

Murad