Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

ABŞ və Rusiya qırıcıları yenidən üz-üzə gəldi – Bu dəfə Baltikdə

ABŞ və Rusiya döyüş təyyarələri Baltik dənizində üz-üzə gəlib.

Publika.az

xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, Baltik dənizi üzərində ABŞ-a məxsus 2 “B-52H” bombardmançı təyyarələri Rusiya tərəfindən aşkarlanıb.

“Qərb Hərbi Dairəsinə məxsis Su-35 təyyarəsi Rusiya dövlət sərhədinə müdaxilə ehtimalını əngəlləmək üçün havaya qaldırılıb. Rusiya təyyarəsi ABŞ-a məxsus təyyarələr dövlət sərhədindən uzaqlaşdıqdan sonra bazaya qayıdıb”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, ötən həftə ABŞ-a məxsus “MQ-9” tipli pilotsuz təyyarə Qara dəniz üzərində Rusiya təyyarəsi tərəfindən vurulmuşdu.

Asif

Publika.az