Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Afaq Gəncəli: "İnsanların güvəndiyi evi indi məzara çevrilib" - VİDEO

"Qardaş Türkiyədə qanımızdan, canımızdan olanlar təbiətin qəzəbi qarşısında ağır imtahandan keçir".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,  bu sözləri aparıcı Afaq Gəncəli sosial şəbəkə hesabında qardaş ölkədə baş verən zəlzələdən sonra ortalığa çıxan dəhşətli mənzərənin görüntülərini paylaşdığı videoda yazıb.

Afaq faciə ilə bağlı fikirlərini bu cür ifadə edib:

"İnsanların dünənə qədər ən güvəndiyi yeri olan evi indi məzara çevrilib. Bu dar gündən əl-ələ çıxmaq mümkündür. Türkiyənin bu fəlakətdən ən az itki ilə çıxmasını və yaralarını sağaldaraq hər zamankı kimi güclü olmasını diləyirik".

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələdə həlak olanların sayı 4544-ə çatıb. Məlumata görə, zəlzələdə 26 min 721 nəfər xəsarət alıb, 5 min 775 bina dağılıb.

Milli.Az