Amerika hökumətinin ləğvi Kiyevi fəlakətlə üz-üzə qoyacaq.
Publika.az xəbər verir ki, ABŞ hökumətinin mümkün ləğvi Ukraynaya mənfi təsir göstərə və Rusiya prezidenti Vladimir Putinin xeyrinə ola bilər. Bu barədə Amerika mediası yazır.
Qeyd edək ki, avqustun sonunda Ağ ev 2024-cü ilin büdcəsi tam təsdiqlənənə qədər dövlət xərclərini ödəmək üçün Konqresdən pul istəyib. Bildirilir ki, maliyyə resurslarının tükənməsi səbəbindən hökumətin bağlanmasının qarşısını almaq üçün müvəqqəti büdcəyə ehtiyac var.
“Bağlama” adlanan bu proses ABŞ-da yeni maliyyə ili başlayanda - oktyabrın 1-də baş verə bilər.
Mehti Kamiloğlu