Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Allah səni bağışlasın” - Rəhimdən yazdı

"Mənim əzizim, müəllimim, sənətdə nümunəm, həyatda dayağım, böyük qardaşım. Allah sənə rəhmət eləsin, Allah sənin qəbrini ürəyin kimi böyük və işıqlı etsin. Sənə ölüm heç yaraşmadı".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri dünyasını dəyişən müğənni Rəhim Rəhimlinin duet ortağı, yaxın dostu olan repçi Nadeer (Nadir Hüseynov) instaqramda yazıb.

"Hər zaman bizim ürəyimizdəsən. Allah səni bağışlasın. Kaş ki, indi ayılıb yaşadıqlarımın acı yuxu olduğunu bilərdim. Sənin yanında olduğum hər anımla fəxr edirəm. Rahat yat, mənim dahi dostum", deyə ifaçı bildirib.

Qeyd edək ki, Nadir, Rəhim və Ramil Nabranla birgə "Basdalama" hiti ifa etmiş, layihə yutubda 18 milyon baxış toplamışdı.

Milli.Az