Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Almaniya ilə müharibə tamamilə fərqli olacaq - Putindən xəbərdarlıq

Müasir reallıqlarda Rusiya ilə müharibə tamamilə fərqli olacaq.

Publika.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib. Rusiya prezidenti hadisələrin təhlükəli nəticələri barədə Almaniyanı xəbərdar edib.

“Almaniyanı Rusiya ilə yeni müharibəyə sövq edənlər və məsuliyyətsizcəsinə bunu baş vermiş hadisə kimi bəyan edənlər, döyüş meydanında onun Rusiya üzərində qələbə qazanacağını gözləyənlər, görünür düşmürlər ki, Rusiya ilə müasir müharibə onlar üçün tamamilə fərqli olacaq", - Putin bildirib.

Qeyd edək ki, Stalinqrad döyüşünün 80 illiyi şərəfinə keçirilən tədbirdə Putin Almaniya hakimiyyətinin Ukraynaya hərbi texnika, o cümlədən “Leopard” tankları tədarükü barədə danışıb. Rusiyanın növbəti dəfə Alman Leopard tankları ilə təhdid edildiyini deyən dövlət başçısı Rusiyanın öz tanklarını Qərb dövlətlərinin sərhədlərinə göndərmədiyini qeyd edib.

Aytən Məftun