Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Almaniya Rusiyaya belə cavab verdi

Almaniya ölkədəki beş Rusiya konsulluğundan dördünü bağlayır.

Publika.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger bildirib.

"Bir konsulluğun və Rusiyanın Berlindəki səfirliyinin işləməsinə icazə verilib. Rusiya diplomatlarının ilin sonuna qədər işlərini bitirib AFR-i tərk etmələri lazımdır".

O izah edib ki, bu qərar Moskvanın Almaniyanın Rusiyadakı diplomatik nümayəndəliyinin əməkdaşlarının sayının 350 nəfərə endirilməsini tələb edən hərəkətlərinə cavab olaraq verilib.

Almaniya müvafiq olaraq Kalininqrad, Novosibirsk və Yekaterinburqdakı konsulluqlarını bağlayacaq. Moskva və Sankt-Peterburqdakı konsulluqlar öz işini davam etdirəcək.

Qeyd edək ki, bundan əvvəl Rusiyadan 350 almanın qovulması haqqında xəbər verilmişdi.

Ayşən

Publika.az