Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Almaniyanın Ukraynaya 88 Leopard 1 tankı təhvil verəcəyi təsdiqlənir

Almaniya öz ehtiyatlarından Ukraynaya Leopard 1 tanklarının ixracına icazə verib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Almaniya hökumət sözçüsü Steffen Hebeştrayt bildirib.

Tankların ümumi sayı 88-dir və onlar "Rheinmetall" istehsalçı şirkətlərinin anbarlarında saxlanılır. Steffen Hebeştrayta görə, tədarüklər yaxın həftələrdə başlaya bilər.

"Leopard 1" - əvvəllər Bundesverdə xidmətdə olan köhnə tank modelidir. 1980-ci illərin ortalarından etibarən onlar artıq istehsal olunmur və yerini daha müasir modifikasiyaya - "Leopard 2"lərə verib. Bununla belə, "Leopards 1" hələ də dünyanın bir çox ordusunda xidmətdədir və daim təkmilləşdirilir. Ukraynanın ala biləcəyi 88 tankın dəyəri 100 milyon avrodan çoxdur.

"Süddeutsche Zeitung" qəzetinin yazdığına görə, köhnə "Leopard" modeli yenisindən fərqli çaplı mərmilərdən istifadə edir, ona görə də sursat çatışmazlığı riski var. Ukraynaya hərbi yardım göstərən ölkələr bu problemi həll edəcəklər.

Milli.Az