Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Amerikalı alim koronavirusla bağlı SİRLƏRİ AÇDI: Bu ölkə günahkardır!

Çinin Uhan şəhərindəki laboratoriyada çalışan amerikalı alim Endryu Huff koronavirus infeksiyasının süni şəkildə yaradıldığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Bu versiya tədqiqatçının “Uhan haqqında həqiqət” adlı kitabında yer alıb.

Epidemioloq, Çində keyfiyyətsiz biotəhlükəsizlikdən istifadə edərək aparılan təcrübələrin ABŞ tərəfindən maliyyələşdirilən Uhan Virusologiya İnstitutunun laboratoriyasından sızma ilə nəticələndiyini qeyd edib.

Onun sözlərinə görə, “Çin ilk gündən bunun genetik olaraq hazırlanmış bir virus olduğunu bilirdi”.

“Təhlükəli biotexnologiyanın çinlilərə ötürülməsində ABŞ hökuməti günahkardır”, - deyə ekspert əlavə edib.

Alimin sözlərinə görə, ən sarsıdıcısı odur ki, iddia edilən Amerika səlahiyyətliləri dünyaya yalan danışıb.

Murad