Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Anama görə Hindistana gedə bilmədim"

Əməkdar artist Çingiz Əhmədov illər əvvəl Hindistandan aldığı təklifi açıqlayıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor "Səhər mərkəzi" proqramında anasına görə hindlilərin böyük təklifindən imtina etməli olduğunu söyləyib:

"Məni Hindistana aparırdılar. Anama görə Hindistana gedə bilmədim. Telefilmin direktoru Nazim Abbas var idi, Hindistandan və digər yerlərdən rejissorlar dəvət etmişdi. Dəhlizdən keçəndə məni gördülər, dedilər, hindistanlıdır? Dedim, yox. Məni 5 illik müqavilə ilə ora aparmaq istəyirdilər. Anam eşitdi, gözünün yaşını tökdü. Eləcə getmədim". 

Milli.Az