Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Anasının dəfnində qardaşı öldürdü

Kişi Böyük Britaniyadan Yamaykaya gəlib və uzun müddətdir davam edən torpaq mübahisəsi səbəbindən qardaşı tərəfindən öldürülüb.

Milli.Az bildirir ki, bu barədə "Jamaica Star" məlumat yayıb.

Midlseksin Mayk-Taun kəndindən olan 48 yaşlı Maykl Braun yanvarın 19-da öz evində güllələnib. Təcili yardım maşını xəstəxanaya çatdıran yaralı orada dünyasını dəyişib.

Mərhumun Britaniyanın Hardfordşir əyalətinin Uoterford şəhərində yaşadığı və anasının dəfn mərasimində iştirak etmək üçün Yamaykaya uçduğu məlum olub. Onun qardaşı, 38 yaşlı Lemon Braun qətldə ittiham olunub. Həmin şəxs həbs edilib, indi ilk məhkəmə iclasının vaxtının təyin olunması məsələsi həll edilir.

Superintendant Şeyn Makalla mediaya deyib ki, Lemon 2015-ci ildən bəri uzun müddətdir davam edən torpaq mübahisəsi səbəbindən qətl törədib. "Bu, çox kədərlidir və xüsusilə ona görə kədərlidir ki, münaqişənin iştirakçıları, o cümlədən mərhum əvvəllər polis bölməsinə gəliblər və burada icmanın təhlükəsizlik və hüquq-mühafizə şöbəsinin əməkdaşları onlara həll yolu tapmaqda kömək etməyə çalışıblar", - deyə rəsmi bildirib.

İrfan Vəliyev
Milli.Az