Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Anna Netrebko Vyanadakı çıxışlarını

Dünya şöhrətli opera müğənnisi Anna Netrebko Vyana Dövlət Operasında və Vyana Filarmoniyasında gözlənilən bütün çıxışlarını ləğv edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb ifaçının çiyin əməliyyatı keçirməyə hazırlaşmasıdır.

"Təəssüf ki, Vyana Dövlət Operasındakı "Nabucco" tamaşasındakı çıxışlarımı ləğv etməliyəm. Uzun aylardır çiynimdə dözülməz ağrılardan əziyyət çəkirdim və həkimim təcili olaraq cərrahiyyə əməliyyatı keçirməyimi və sonra bu problemi həll etmək üçün dərhal fiziki reabilitasiyaya başlamağı məsləhət gördü", - deyə Netrebko açıqlamasında deyib.

Qeyd edək ki, Netrebkonun Vyana çıxışları 24 oktyabra və noyabrın ilk yarısına planlaşdırılmışdı.

Milli.Az