Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Aşk-ı Memnu”nun Bülenti keçmiş sevgilisini döyüb

“Aşk-ı Memnu”nun Bülenti keçmiş sevgilisini döyüb

"Aşk-ı Memnu" serialında Bülent obrazı ilə yaddaşlara həkk olan və "Survivor" yarışması ilə məşhurlaşan türkiyəli aktyor Batuhan Karacakaya haqqında qalmaqallı iddia irəli sürülüb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, iddiaya görə, aktyor keçmiş sevgilisi Ayşe Aslanpaya şiddət göstərib. Bu barədə Aslanpay sosial şəbəkə hesabında paylaşım edib. O, əlində sübutlar olduğunu bildirərək Batuhandan şikayətçi olub.

Karacakaya isə öz istaqram hesabında paylaşım edərək iddianın tamamilə əsassız olduğunu, əslində özünün şiddət gördüyünü bildirib: "6 aydır davam edən münasibətimizin bu vəziyyətə gəlməsi çox kədərlidir. Döyüldüyünü iddia etdiyi günün səhəri günü şəxsən çəkdiyi foto və videolar var. Onun üzərində heç bir şiddət izi yoxdur. Əsl qurban mənəm". 

Ayşe daha sonra Batuhanın ona qarşı zorakılıq etdiyini etiraf etdiyi bir video yayımlayıb. Həmin videoda aktyor sevgilisini döydüyünü etiraf edərək peşman olduğunu dilə gətirib.