Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Avropa parlamentində Rusiyanın lehinə çalışan deputatlar kimlərdir? - Adları MƏLUM OLDU

Avropa parlamentində Rusiyanın lehinə çalışan deputatlar kimlərdir? - Adları MƏLUM OLDU

Xəbər verildiyi kimi, Avropa parlamenti Rusiyanı terrorizmə sponsorluq edən dövlət olaraq tanınması haqqında qətnamə qəbul edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, qətnamənin əleyhinə 60 Avropa deputatı səs verib.

Rusiyanın mühacir müxalifəti onların bir çoxunun adlarını aşkar edib.

Siyahıya Avropada uzun müddətdir Kremlin maraqları üçün lobbiçilik edən və buna görə külli-miqdarda pul aldığı deyilən millətçi və ifrat sağçı birliklərin siyasətçiləri yer alıb. Bir çoxu fransız olan həmin siyasətçilər mütəmadi olaraq Rusiya Federasiyasının təşkil etdiyi tədbirlərdə iştirak edir.

Qətnaməyə ən çox Almaniyanın “Almaniya üçün Alternativ” və Fransanın “Milli Birlik” kimi ifrat sağ hərəkatlarından olan deputatlar qarşı çıxıblar.

Kremlin tərəfdarları arasında fransız siyasətçisi Orelia Berniyönün adına rast gəlinir. 2020-ci ildə o, Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərlə bağlı səsverməni müşahidə edən "ekspertlər" arasında olub. Səfər İctimai Palata tərəfindən təşkil olunub və xərcləri tam ödənib. Rusiya tərəfdarları arasında Fransa prezidentliyinə keçmiş namizəd və hazırda ən populyar siyasətçi sayılan Marin Le Penin keçmiş köməkçisi Katrin Qrize də yer alıb. Hər iki fransız siyasətçi Rusiyaya birlikdə uçub, burada “Radisson” otelində qalıblar.

Rusiyanı dəstəkləyənlər arasında fransız deputatlar Jak Lakapel və Tyeri Marianinin adlarına rast gəlmək mümkündür. Sonuncu “Fransa-Rusiya Assosiasiyasının” sədridir və tez-tez Kreml tərəfindən təşkil olunan tədbirələrdə iştirak edir.

Moskvanı “Almaniya üçün Alternativ”dən olan alman deputat Qunnar Beck də dəstəkləyib. Düsseldorfdan olan bu deputat Almaniyada Rusiyanın fəal lobbiçisi kimi tanınır.

Musavat.com