Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Avropadan ABŞ-a qarşı SƏRT ÇAĞIRIŞ: Nüvə variantı...

ABŞ prezidenti Co Baydenin inflyasiyanı azaltmaq üçün imzaladığı qanuna görə, Avropa Komissiyası ABŞ-a qarşı sərt davranmalı olacaq (İnflyasiyanın Azaldılması Aktı, IRA).

Publika.az xəbər verir ki, bu çağırışı Avropa Parlamentinin deputatı Markus Ferber edib.

Parlamentarinin fikrincə, Vaşinqton tərəfindən müzakirə olunan məsələdə irəliləyiş olmadığı halda, Avropa ölkələri “bütün işgəncə alətlərini masaya qoymalı” və ticarəti qorumaq üçün tədbirləri aktivləşdirməlidir.

Ferber qeyd edib ki, sərt xətt hazırkı vəziyyətdə tamamilə arzuolunmaz olan “nüvə variantını” nəzərdə tutur. Eyni zamanda, ABŞ-ın proteksionist siyasətinə qarşı məyusluq böyükdür və onsuz da çətin olan iqtisadi vəziyyəti daha da pisləşdirmək təhlükəsi yaradır.