Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Avropadan sığınacaq istəyənlərin sayı ARTIB

2023-cü ilin ilk yarısında Avropa İttifaqına üzv ölkələrə, həmçinin Norveç və İsveçrəyə sığınacaqla bağlı 519 min nəfər müraciət edib.

Publika.az Avropa İttifaqı Sığınacaq Agentliyinə istinadən xəbər verir ki, ilin sonunadək rəqəm 1 milyonu keçəcək.

Qurumun hesabatında göstərilir ki, müraciət edənlərin sayı ötən illə müqayisədə 28% çoxdur. Artımın səbəbi bir çox ölkədə siyasi, iqtisadi və ekoloji vəziyyətin pisləşməsidir. Say çoxluğuna görə ilk sıralarda Suriya, Əfqanıstan, Venesuela və Kolumbiya gəlir. Ümumi müraciətlərin 44%-i sözügedən ölkələrin payına düşür.

Müraciət sayı ölkələr arasında qeyri-bərabər bölünüb. İddiaçıların 30%-i Almaniyaya, 17%-i İspaniyaya, 16%-i isə Fransaya müraciət edib.