Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Avropanı gözləyən böyük böhran: bu dəfə daha pis olacaq

“Avropadakı ukraynalı qaçqınlar dalğası ilə bağlı miqrasiya böhranı 2015-ci ildəki böhrandan da pis ola bilər. Bu problem öz növbəsində, Aİ ölkələrinin enerji və iqtisadi problemlərinin üzərinə düşəcək”.

Publika.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Aleksandr Asafov Lenta.ru-ya deyib.

“Soyuq və enerji problemlərinə görə Ukraynadan miqrasiya məsələsi açıq qalır. Fakt budur ki, qaçqın axını, əsasən səfərbərliyə yararlı şəxslərin qarşısını almaq üçün ölkənin gördüyü müdafiə tədbirləri ilə məhdudlaşır. Hətta hərbi yaşda olan əlillər üçün də ölkəni tərk etmək imkanı ləğv edilib”, - deyə Asafov bildirib”.

Politoloq hesab edir ki, miqrasiya faktoru Avropa üçün kifayət qədər kəskin olaraq qalır. Onun fikrincə, bu, 2015-ci ilin miqrasiya böhranını intensivliyi ilə ötərək, yeni nəhəng problemə çevrilə bilər.

Akqabay