Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Avroviziyada bizi bu 5 ifaçıdan biri təmsil edəcək

Azərbaycanın Avroviziyada nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova seçim prosesi və potensial qaliblər barədə məlumatları açıqlayıb.

Bu barədə İctimai Televiziyadan bildirilib

"Öncə qeyd etdiyimiz kimi, Avroviziya müsabiqəsinə builki seçim zamanı mahnı müəlliflərinin azərbaycanlı olmasına xüsusi diqqət ayrılıb. Bu amillə yanaşı, digər parametrlər də nəzərə alınaraq, 5 ifaçı və onların mahnıları seçilib. Həmin istedadlı musiqiçilər - Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev dueti, Mamagama qrupu, Turan və Tural Bağmanovlar dueti və Azər Nəsibovdur. Mahnıların səsyazma keyfiyyəti baxımından fərqli olmasının yekun qərara təsir etməməsi və sağlam rəqabət imkanının təmin edilməsi üçün bu 5 namizədin ifaları eyni səsyazma studiyasında və eyni şəraitdə işlənilib. Səsyazmadan sonra canlı ifalarının video çəkilişləri edilib. Performansların hər iki formatda (yazılmış audio və canlı video) fokus qruppasına təqdim edilməsi nəzərdə tutulub. Hazırda həmin videolar üzərində iş gedir", - İ.Dadaşova qeyd edib.

Milli.Az