Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Avstraliya fərqi azaltdı -

DÇ-2022, 1/8 final

Qətərdə keçirilən DÇ-2022-də 1/8 finalın daha bir oyunu keçiriləcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 1/4 finalın ikinci iştirakçısı Argentina və Avstraliyanın duelində bəlli olacaq.

Bu komandaları DÇ-2022-də oxşar tale yaşaması birləşdirir. Hər iki komanda ilk turda məğlubiyyətlə üzləşsə də, ardıcıl iki qələbə ilə qrupdan çıxıb.

Lionel Messi və komandası sensasiyalı şəkildə Səudiyyə Ərəbistanına uduzsa da, toparlanaraq qələbələri sıralayıb. Asiya təmsilçisi kimi yarışa qatılan "Yaşıl qitə" futbolçuları Fransadan aldığı darmadağından sonra gözlənilməz qələbələrlə qrup ikincisi olub. 

Təkcə bu matçın deyil, çempionatın favoritlərindən olan cənubi amerikalılar 4 il əvvəlki kimi 1/8 finalda dayanmamaq üçün əlindən gələni edəcək. Avstraliya isə 16 ildən sonra qatıldığı 1/8 final səddini ilk dəfə keçmək üçün sensasiyaya köklənib.

Qeyd edək ki, 1/8 final mərhələsi dekabrın 6-dək davam edəcək.

Milli.Az