Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Avstraliya Fransaya yarım milyard dollar ödəyəcək

Avstraliya hökuməti nüvə sualtı qayıqlarının tikintisi ilə bağlı çoxmilyardlıq müqaviləni ləğv etdiyinə görə fransız gəmi istehsalçısı Naval Group-a 585,2 milyon dollar təzminat ödəyəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazır.

Avstraliyanın Baş naziri Entoni Albanese qeyd edib ki, hakimiyyət Fransanın Hind-Sakit okean regionunda rolunu və iştirakını yüksək qiymətləndirir. Onun sözlərinə görə, indi iki ölkə "ortaq prinsipləri və maraqları qorumaq üçün" yenidən birləşə biləcək.

2021-ci ildə Avstraliya, Böyük Britaniya və ABŞ üçtərəfli müdafiə və təhlükəsizlik tərəfdaşlığı sazişi imzaladılar. Müqavilə AUKUS (üç iştirakçı ölkənin adının abbreviaturası) adlanırdı. Sənəd 18 ay ərzində Avstraliya Hərbi Dəniz Qüvvələri üçün nüvə sualtı qayıqlarının yaradılmasını nəzərdə tutur.

Milli.Az