Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Avtobuslar belə toqquşdu - VİDEO

Rusiyada, Ufada Tsyurupa və Dostoyevski küçələrinin kəsişməsində iki avtobus toqquşub.

Milli.Az bildirir ki, qəza anının videoyazısını "Mash Batash" Telegram kanalı yayıb.

Kadrlarda iki avtobusun kəsişməni necə keçdiyi, bir-birini buraxmaması və toqquşması əks olunub. Toqquşmadan uzaqlaşmağa çalışan avtobuslardan biri yan tərəfə çıxaraq binaya çırpılıb. İki nəqliyyat vasitəsinin yanında üçüncü avtobus dayanıb və qəzadan qaça bilib.

Kanalın müəlliflərinin sözlərinə görə, qəza nəticəsində Yakuşevlərin malikanəsi zədələnib. Avtobusda olan altı sərnişin, o cümlədən bir uşaq yaralanıb, o, təcili yardıma aparılıb. Zərərçəkənlərdən biri avtobus binaya çırpılarkən sınmış pəncərədən yıxılıb.

İlkin məlumata görə, qəza avtobuslardan birinin işıqforun qırmızı işıqda, digərinin isə toqquşmamaq üçün kəsişməni keçməyə çalışarkən baş verib.

İrfan Vəliyev
Milli.Az