Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Aybəniz Haşımovadan kövrəldici paylaşım

Əməkdar artist Aybəniz Haşımova hesab edir ki, insanlar mal-mülkdən əvvəl öz canlarının sağlamlığına diqqət yetirməlidir.

Publika.az xəbər verir ki, müğənni instaqramda Türkiyədə baş verən zəlzələ dağıntılarını paylaşıb və həyatda can sağlığından önəmli heç nə olmadığını vurğulayıb:

"Çox körpə idim: yaxşı xatırlayıram, qonşumuzda rus qadın var idi. Anama həmişə belə deyərdi: Siz azərbaycanlılar əlinə pul düşən kimi ev-eşiyə tökürsünüz. Amma o pulları canınıza xərcləməlisiniz, nəinki daş, divara. Anam da deyirdi ki, nədir, camaat tör-töküntünün içində qalsın? Əlbəttə, evini səliqəyə, səhmana salacaqlar. İndi bu hadisələrin şahidi oluruq, həqiqətən də can sağlığından o yana heç nə yox imiş. Allah canınıza dəyməsin, dostlar".