Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Aylardır axtarılan şəxsin kəlləsi tapıldı - vəhşicəsinə qətlə yetirilən şəxsin qalıqlarını çoban tapıb - VİDEO

Aylardır Afyonkarahisarda itkin düşən Osman Gönkün kəllə sümüyü heyvanlarını otarmağa çıxan çoban tərəfindən tapılıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Osman Gonk adlı 40 yaşlı vətəndaş 3 aydır axtarışda idi. Çoban polisə xəbər verdikdən sonra hadisə yerinə gələn axatrış qrupları cansız cəsədi çıxarıb morqa göndəriblər.

Osman Gonkun qohumları polis tərəfindən qazılan əraziyə gəliblər. Polis itkin düşdükdən 3 ay 10 gün sonra cəsədi tapılan Osman Gönkin qatillərinin tapılması üçün iş aparır.

Anar Əli
Milli.Az