Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Aynişan: "Qadın boşanıbsa, artıq..."

Məşhur influser və əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva instaqramda izləyicilərinin şəxsi həyatı barədə ünvanladığı suallaır cavablandırıb.

Publika.az xəbər verir ki, Aynişan boşanmış qadınların yenidən evlənməklə bağlı qorxularından danışıb. O, "Boşanmış qadın subay oğlanla evlənə bilərmi?" sualına "Bir qadın boşanıbsa, artıq subay sayılır. Hər iki tərəf subay olduğu üçün istəsələr, evlənə bilərlər" cavabını verib.

Həmçinin müğənni daxilində kəpənəklər uçduğunu gizlətməyib: "Daxilimdə həmişə kəpənəklər var. Sadəcə bəzən onlar daha sürətli dövr edirlər".

Xatırladaq ki, Aynişan Quliyeva fitnes məşqçisi Kənan Əli ilə evli olub. 2020-ci ilin yanvarında evlənən cütlük bir neçə ay sonra ayrılmağa qərar verdiklərini açıqlamışdı.