Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycan qazının Cənub-Şərqi Avropa ölkələrinə tədarükünə dair işlər görülür

Azərbaycan qazının Cənub-Şərqi Avropa ölkələrinə tədarükünə dair işlər görülür

Cənub-Şərqi Avropa ölkələrinə Azərbaycan və Türkmənistan təbii qazının tədarükünə dair işlər görülür, fərqli formatlarda təmaslar aparılır.

Day.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün NATO Xarici İşlər Nazirləri iclasından sonra keçirdiyi brifinqdə qeyd edib.

O bildirib ki, Avropada və ümumilikdə, dünyada enerji böhranı var.

"Türkiyə bu böhranda konstruktiv rolu ilə əsas ölkəyə çevrilib. Biz bu xüsusiyyətimizi insalığın və ehtiyac içində olan ölklərin yararına istifadə etməyə çalışırıq. Cənub-Şərqi Avropa ölkələrinə Azərbaycan və Türkmənistan təbii qazının tədarükünə dair işlər görülür, fərqli formatlarda təmaslar aparılır. Onlar bu mövzuda Türkiyədən dəstək istəyirlər", - deyə M.Çavuşoğlu əlavə edib.