Azerbaijan

Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində xülasə sənədi yaydı

Qoşulmama Hərəkatının (QH) 60 illik yubileyi ilə əlaqədar Serbiyanın paytaxtı Belqradda keçirilən yüksək səviyyəli görüşlə bağlı Hərəkatın sədri qismində Azərbaycan tərəfindən xülasə sənədi yayılıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Publika.az-a verilən məlumata görə, sənəddə iştirakçı üzv və müşahidəçi ölkələlərin, təşkilatların, habelə qonaq ölkə və təşkilatların Azərbaycan və Serbiya tərəfindən birgə təşkil olunan görüşün əhəmiyyətini yüksək qiymətləndirdikləri qeyd olunur. Burada 1961-ci il Belqrad Konfransının tarixi əhəmiyyətinə diqqət yetirilərək, Qoşulmama Hərəkatının Bandunq Prinsiplərinə uyğun olaraq bütün dövlətlərin sülh şəraitində birgə yaşayışı və dayanıqlı inkişafın təşviq olunması məqsədi və Hərəkatın əsasını qoyan şəxslərin uzaqgörən müdrikliyi və qətiyyəti nəticəsində dünyanın ikinci böyük siyasi platformasının yaradılması təqdir edilir.

Beynəlxalq sülh və təhlükəsizliyə olan yeni hədə və təhdidlərə rəğmən hazırda Qoşulmama Hərəkatının artmaqda olan effektivliyi, möhkəmlənən birliyi və müasir çağırışlara uyğunlaşdığı məmnunluqla ifadə edilir.

Tədbir iştirakçılarının beynəlxalq vəziyyəti, o cümlədən beynəlxalq hüquqa hörmətsizliklə müşayiət olunan artmaqda olan siyasi gərginlik, ayrıseçkilik, irqçilik və ksenofobiyanın artımının davam etməsi, COVID-19 pandemiyası və onun dünya dövlətlərinin sosial-iqtisadi vəziyyətinə təsiri və s. təhlil edərək qlobal səylərin çoxtərəflilik, beynəlxalq əməkdaşlıq və həmrəylik ruhunda səfərbər edilməsinin əhəmiyyətini vurğuladıqları sənəddə öz əksini tapır.

Burada, həmçinin tədbir iştirakçılarının QH-nin hazırkı sədri qismində Azərbaycan Respublikası Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüslərin, o cümlədən COVİD-19 pandemiyası ilə mübarizə sahəsində, eləcə də pandemiya sonrası bərpa ilə əlaqədar təşəbbüslərini yüksək qiymətləndirdikləri vurğulanır.

İştirakçı ölkələrin QH-nin Azərbaycan sədrliyinin, qlobal ehtiyacların qarşılanmasında təsirli töhfəni təmin etmək üçün Hərəkatın beynəlxalq müstəvidəki rolunun və fəaliyyətinin artırılmasına yönəlmiş səylərini dəstəklədikləri sənəddə qeyd olunur:

"Onu da bildirmək istərdik ki, yüksək səviyyəli tədbir çərçivəsində baş verən əsas hadisələrdən biri də Azərbaycan sədrliyinin təşəbbüsü ilə bir müddət öncə yaradılmış QH Gənclər Şəbəkəsinin pandemiya sonrası bərpa dövrü ilə əlaqədar Hərəkatın üzv ölkələrinin rəhbərlərinə öz tövsiyələrini təqdim etmələri oldu. Vurğulamaq istərdik ki, Azərbaycan sədrliyinin təşəbbüsü ilə QH-nin Gənclər Şəbəkəsinin yaradılması yüksək səviyyəli tədbirin bir çox iştirakçıları tərəfindən edilən çıxışlarda alqışlanıb".

Football news:

Gary Lineker: I don't understand why Lacazette doesn't play anymore. Probably there must be a reason, but I don't see it
Infantino about the World Cup every 2 years: The pros are obvious. When it was decided to hold it once every 4 years, there were 40 teams, and now 211
Arteta on 2-2 with Crystal Palace: Arsenal dominated at the beginning, but lost control of the game
Ben Foster: Being a goalkeeper, you think: Lord, don't let Salah get through. He is one of the best players in the world at the moment
Neville about Manchester United: Ask Sulscher in a personal conversation if he would like to return last year's squad, and he will say yes
Pique organized the Balloon World Cup. It's simple: you can't drop 🎈 on the floor. Although who said just?!
Lacazette on the goal in the 95th minute: Arsenal showed character. I have to work to get time