Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycan səfirliyində terror aktının arxasında İran hakimiyyəti durur

Azərbaycan səfirliyində terror aktının arxasında İran hakimiyyəti durur

Azərbaycanın İrandakı səfirliyində törədilən hadisə terror aktıdır və bu terror aktının arxasında İran hakimiyyəti durur, buna görə İran hakimiyyəti məsuliyyət daşıyır.

Day.Az xəbər verir ki, bunu Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, İran hakimiyyətinin törətdiyi bu cinayətlə bağlı faktların ortada olması həmin cinayəti sifariş verənlərin və cinayətkarın cəzalandırılmasına gətirib çıxarmalıdır.

"Biz bu terroru qətiyyətlə pisləyirik. Dini komitə olaraq biz də bu terror aktını lənətləyirik, pisləyirik", - deyə M.Qurbanlı bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.