Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycan ÜDM-də KOB-un payı ildən-ilə artır - Məmməd Musayev

Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) kiçik və orta biznesin payı ildən-ilə artır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "KOB imkanlarının genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və yaşıl inkişaf" mövzusunda beynəlxalq tədbirin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, inkişafın prioritet istiqamətlərindən biri də milli strategiyada öz əksini tapmış "yaşıl inkişaf"dır.

"Azad edilmiş ərazilərdə yaşıl inkişaf zonasının yaradılması əlavə iqtisadi artım mənbələri yaradır. Həmçinin, Qarabağ iqtisadi rayonunun inteqrasiyası əlavə ÜDM artımı yaradır", - deyə M.Musayev bildirib.

Musayev qeyd edib ki, sahibkarlığa həm böyük şəhərlərdə, həm də ölkənin regionlarında dəstək verilir.

"Biz Azərbaycanın regionlarında da bu sahənin davamlı inkişafını qarşıya məqsəd qoymuşuq", - deyə o əlavə edib.

Milli.Az