Azerbaijan

Azərbaycan Xəzərdə nəhəng qaz ehtiyatlarına malikdir -

Azərbaycan Xəzər dənizində nəhəng qaz ehtiyatlarına malikdir və bu ehtiyatlar müəyyən şərtlərdə istifadə oluna bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu energetika naziri Pərviz Şahbazov cümə axşamı Moskvada "Rusiya Enerji Həftəsi" Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan bu gün təbii qaz hasil və ixrac edir, eyni zamanda öz ixrac imkanlarını genişləndirir:

"Ölkənin Xəzər dənizində nəhəng qaz ehtiyatları var, onlar müəyyən şərtlərdə, investisiya təqdirində istifadə oluna bilər".

Nazir əlavə edib ki, bu gün yüksək qaz qiymətləri digər enerji mənbələrinin, o cümlədən kömürün qiymətini artırır:

"Əgər son yarım il ərzində Avropanın kömür idxalına nəzər salsaq, görərik ki, qaz sahəsinə investisiyaları azaltmaqla və daha çox kömür, daha çox neft məhsulları istifadə etməklə, ekologiyaya daha çox ziyan vururuq. Digər karbohidrogenlərlə müqayisədə daha ekoloji təmiz olan qaz bütün enerji növləri arasında xüsuri rola malik olacaq. Biz bu gün qazla bağlı müxtəlif proqnozları görürük. Bu proqnozlar kəskin fərqlənir. Bu, bir çox hasilatçı və istehlakçı ölkələr üçün problemdir".

Milli.Az 

Football news:

Real Madrid is ready to pay Pogba 14 million euros a year, Manchester United - 20 million. The midfielder can leave the English club in the summer for free
Pochettino on 2:1 with Angers: Mbappe decides the outcome when PSG needs it
And to show what a donkey kick is in football? 50 Years ago in England they scored the best goal of the season
Sulscher on Ferguson's words about Ronaldo: We all want to see Cristiano on the pitch because of his uniqueness. But he can't play in every match
Pep on the requirement to stay on top: People judge me not by trophies, but by what will happen tomorrow
Joan Laporta: The Super League is alive, it will replace the Champions League. Juve, Real Madrid and Barcelona continue to win in the courts
Karim Benzema: Clasico remains the best match in football. It doesn't matter which players are playing