Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Azərbaycan xalqı radikalizmə yuvarlanan xalq deyil"

Dində siyasi məqsədlər üçün istifadə edən ölkələr var. Bu təkcə islamla bağlı deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Milli Məclisdə "Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər" adlı iclasda deyib.

O qeyd edib ki, dini radikalizm termini yoxdu, dindən istifadə edən radikallar var.

"Müqəddəs kitabların heç birində insanı öldürməyə çağırmır. Dindən istifadə edib özünün geopolitik maraqlarını həyata keçirməyə çalışan qüvvələr var. Kim bundan istifadə edib din adı altında radikalizmi yaymağa çalışırsa bilməlidir ki, Azərbaycan xalqı radikalizmə yuvarlanan xalq deyil", - deyə o qeyd edib.

Milli.Az