Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycanda 69 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

Göyçay rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 10:30 radələrində rayonun Ləkçılpaq kəndində qeydə alınıb. Kənd sakini, 1952-ci il təvəllüdlü Kazımov Şəmsəddin Hacıağa oğlu həyətindəki hasarın yanında dayanmış özünə məxsus 10-KD-151 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobilinə əyləşmədən ayaq üstə dayanaraq onu işə salıb. Həmin vaxt avtomobil qəflətən hərəkət edərək onu divara sıxıb, avtomobilin qapısı Şəmsəddin Kazımovun başına xəsarət yetirib. O, hadisə yerində dünyasını dəyişib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az