Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycanda dini durum sabitdir

Azərbaycanda dini durum sabitdir

Azərbaycanda dini durum sabitdir, bütün məsələlər tamamilə hüquq-mühafizə orqanlarının və Dini komitənin nəzarəti altındadır.

Day.Az xəbər verir ki, bunu Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, kimlərinsə din amilindən istifadə edib ölkədə ictimai-siyasi sabitliyi pozmaq cəhdi elə başlanğıcda məhvə məhkumdur.

"Azərbaycan tolerant ölkədir, multikultural ölkədir. Azərbaycan müxtəlif dinlərin harmonik şəkildə mövcud olduğu, tolerant və multikultural dəyərlərin yüksək səviyyədə təmin olunduğu bir ölkədir", - deyə sədr qeyd edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.