Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycanda koronavirusa qarşı dördüncü doza vaksin vurdurmaq mümkündür - RƏSMİ

"Buster" dozadan sonra 4-cü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda deyilir: "Hazırda ilkin vaksinasiyadan 6 ay sonra "buster" və ya "revaksinasiya" mümkündür. COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azalır. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün "buster" dozanın (3-cü doza) vurulması tövsiyə olunur. "Buster" dozadan sonra 4-cü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər".

Qeyd olunub ki, vətəndaş randevu.its.gov.az saytı üzərindən 3-cü doza üçün növbə götürəndə avtomatik olaraq 4-cü dozanın qəbulu tarixi qeyd olunur: "Yəni, bu qayda peyvənd üçün ilk növbə götürmə prosesindəkinə oxşardır. Həmin vaxt da ikinci dozanın vurulma tarixi vətəndaşa ekranda göstərilir, yaxud da mobil nömrəsinə göndərilən sms-də bildirilir. Odur ki, 4-cü doza üçün əlavə növbə götürməyə ehtiyac yoxdur. Əgər həkim məsləhəti varsa, vətəndaş 4-cü doza üçün məntəqəyə yaxınlaşa bilər. Yoxdursa, 3-cü doza ilə kifayətlənir".

Milli.Az