Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı KƏSKİN AZALDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 406 yeni yoluxma faktı qeydə alınıb, 1 787 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 594 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 562 786 nəfər müalicə olunaraq sağalıb, 7 947 nəfər vəfat edib, aktiv xəstə sayı 24 261 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 869, ötən müddət ərzində isə ümumilikdə 5 591 270 test aparılıb.