Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 406 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 91, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 83, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 191, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 41 nəfərdir.

Milli.Az