Azerbaijan

Azərbaycanda maklerdən tələbə qıza əxlaqsız təklif

Azərbaycanda makler tələbə qıza əxlaqsız təklif irəli sürüb.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, tələbə qız kirayə qalmaq üçün Ruslan adlı maklerə zəng edib. Makler evin 200 manat qarşılığında kirayəyə verildiyini deyib, sonra isə qeyd edib ki, kirayədə qalan qızla münasibəti yaranarsa, qiymətdə endirim edəcək.

Ruslan hətta qıza gələcəkdə birlikdə həmin evdə qala biləcəklərini də deyib.

"Azərbaycanda tələbə qıza əxlaqsız təklif edən maklerlə bağlı araşdırma aparılır".

Bu sözləri Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırma aparılır", - deyə o qeyd edib.

Milli.Az

Football news:

Ajax fans set off fireworks at the stadium at the match with Borussia
Guardiola on coronavirus: I am vaccinated, I trust doctors and scientists. We see how many deaths there are in England
Griezmann caught up with Giroud in goals in the Champions League (35) and shares 5th place with him among the French
In Amsterdam, fireworks are not only on the field, but also in the stands. The public relations of Ajax and Borussia fans
Mbappe has 46 (28+18) points on the goal+pass system in 48 games in the Champions League
Atletico conceded twice before the 15th minute for the first time under Simeon
Guardiola pro 5-1 with Brugge: One of Man City's best games in European competitions